Accessibility links

İspaniyadan qaçmağa məcbur olanların qohumalarına vətəndaşlıq verilir


Bir vaxtlar İspaniyadan qaçmağa məcbur olanların qohumlarına Ispaniya vətəndaşlığı verilir. Kubada yüzlərlə insan bu gün lazımi müraciət formaları almaq üçün İspaniya konsulluğu qarşısına toplaşıb. Argentinada 300 000 insanın İspaniya vətəndaşlığına müraciət edəcəyi gözlənilir. Vətəndaşlıq 1930-cu illərin vətəndaş müharibəsi və dictator Fransisko Franko rejimindən qaçanların nəvələri və nəticələrinə şamil edilir. Kuba, Argentina, Meksika, Venesuela,Çili və Uruqvay kimi Latın Amerikası ölkələrindən 500 000 insan İspaniya vətəndaşlığı ala bilər.

XS
SM
MD
LG