Accessibility links

Qəzzada  ölənlərin sayı 310 nəfərə çatıb


İsrailin Qəzza zolağında Həmas yaraqlılarına qarşı hərbi hava hücumlarının üçüncü günü ölənlərin sayı 310 nəfərə çatıb. BMT-nin Humanitar Yardım Agentliyi bildirir ki, şənbə günündən bəri azı 51 mülki vətəndaş həlak olub. Fələstin rəsmiləri deyirlər ki, İsrailin reydləri nəticəsində 180 Həmas yaraqlısı öldürülüb. Şahidlər bu gün İsrailin hərbi təyyarələrinin Həmasın Qəzza şəhərindəki Daxili İşlər Nazirliyinin binasını dağıtdığını bildirirlər. Azı 5-dəfə Qəzza zolağının İslam Universitetinə reyd təşkil edilib. İsrail reydlərin Qəzza zolağından İsrailə qarşı hücumlara cavab mahiyyəti daşıdığını bildirir.

XS
SM
MD
LG