Accessibility links

ABŞ-ın daha bir hərbi gəmisi Qara dəniz limanına daxil olub


Rusiya ilə Gürcüstan arasında avqust ayında baş vermiş müharibənin başa çatmasından bəri ABŞ daha bir hərbi gəmisi Gürcüstanın Qara dənizdəki Poti limanına daxil olub. Raketlərlə silahlanmış USS Teylor hərbi gəmisi bu səhər ünvanına çatıb. ABŞ-ın Tbilisidəki səfirliyi bəyan edib ki, iki günlük səfər zamanı gəmi ekipajı sosial və ictimai tədbirlərdə iştirak edəcək. Avqust ayında Rusiya ilə Gürcüstan arasında müharibə başlayanda ABŞ-ın bir neçə hərbi gəmisi Tbilisiyə humanitar yardım aparmışdı. Moskva isə bunu kəskin tənqid etmişdi.

XS
SM
MD
LG