Accessibility links

ABŞ-ın Yayım Şurası MTRŞ-nın qərarından təəssüfünü bildirib


ABŞ-ın Yayım Şurası Azərbaycan Televiziya və Radio Şurasının Amerikanın Səsi, Azadlıq və BBC daxil olmaqla bütün beynəlxalq radioların milli tezliklərdə yayımını yanvar ayının 1-dən dayandırmaq qərarından təəssüfünü bildirib.

Amerikanın Səsi və Azadlıq radiosunun verilişlərinə nəzarət edən Yayım Şurasının üzvü D. Jeffrey Hirscberg bu qərarı Azərbaycan xalqı üçün itki adlandırıb. O deyib ki, “Belə görünür ki, qərar tərəfsiz informasiyaya çıxışı məhdudlaşdırmaq barədə göstərilən rəsmi səylərin bir hissəsidir. Biz Azərbaycan rəsmilərini bu qərarı dəyişməyə və özlərinin əvvəlcə dedikləri kimi məsələnin həlli üçün çalışmağa davam etməyə çağırırıq”. Yayım Şurasının üzvü söyləyib ki, biz bu arada Amerikanın Səsi və Azadlıq radiosunun populyar proqramlarının yayımı üçün bütün alternativləri nəzərdən keçirməyə davam edəcəyik.
XS
SM
MD
LG