Accessibility links

Dünya ictimaiyyəti Qəzza Zolağındakı zorakılıqların təcili dayandırılmasına çağırıb


Avropa Komissiyası İsraili Qəzza Zolağında keçirdiyi genişmiqyaslı hərbi əməliyyatları təcili dayandırmağa çağırıb. Avropa Birliyinin aparıcı qurumlarından biri olan Avropa Komissiyası bəyanatı bu gün Brüsseldən, birliyin xarici işlər nazirlərinin Parisdə böhranla bağlı keçirdikləri yığıncağından sonra açıqlayıb. Bəyanatda deyilir ki, Qəzzada cərəyan edən ağır döyüşlər mülki vətəndaşlara qarşı təhlükədir. Komissiya Qəzzaya humanitar yardım çatdırılmasını tələb edir və Həması raket hücumlarını dayandırmağa çağırır.

BMT-nin baş katibi Ban Ki Mun bazar ertəsi İsraildən və Həmasdan təcili olaraq zorakılıqları dayandırmağı tələb edib və deyib ki, dünya liderləri münaqişə ilə bağlı daha çox müzakirələr aparmalıdırlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Həması tənqid edərək, bu təşkilatı president Mahmud Abbsla danışıqlara çağırıb.

XS
SM
MD
LG