Accessibility links

Haviyer Solana:'Tərəfləri razı salacaq qərar çıxarıla bilərdi'


Avropa Birliyinin Təhlükəsizlik və Xarici Siyasət idarəsinin rəhbəri Haviyer Solana Azərbaycan Milli Televiziya və Radio Şurasının xarici radioların lisenziyasını uzatmamasına görə təəssüf keçirdiyini bildirib. Birliyin yaydığı məlumatda şuranın bu qərarının dinləyiciləri dəyərli alternativ xəbər və informasiya mənbəyindən məhrum etdiyi bildirilir. Cənab Solana bağlanmaq üçün göstərilən qanuni səbəbləri başa düşsə də, bütün tərəflərin razı qalacağı qərarın çıxarılmasının mümkünlüyünü dilə gətirib.
O, Azərbaycan rəsmilərini “Amerikanın səsi”, “Azadlıq” və BBC radiolarının yerli tezliklərdə yayımını dayandırmaq qərarına yenidən baxmağa səsləyib. Açıqlanan bəyanatda vurğulanır ki, Avropa Birliyi radioların yayımının bərpa olunmasına şərait yaradacaq qanuni şərtlərin yaradılması üçün geniş müzakirələrə və demokratik institutların inkişafının gücləndirilməsində Azərbaycana kömək etməyə hazırdır.
XS
SM
MD
LG