Accessibility links

M.Saakaşvili:'2008-ci il Gürcüstan üçün böyük sınaq idi'


Gürcüstan prezidenti Mixail Saakaşvilinin sözlərinə görə, ciddi problemlərə baxmayaraq 2008-ci il ölkəsinin güclənən gənc demokratiyası üçün böyük sınaq idi. O 2009-cu ildə Gürcütan cəmiyyətinin bütün qrupları ilə iş aparacağına söz verib. Cənab Saakaşvili milli televiziya vasitəsilə xalqa Yeni İl müraciəti edib. O, deyib ki, avqust ayında rus qüvvələri Gürcüstana hərbi müdaxilə edəndə ölkə təhlükəli təcavüzə məruz qalıb. O, Rusiya qoşunlarını 5 günlük münaqişə zamanı qeyri-insani etnik təmizlə aparmaqda ittiham edib və deyib ki, qoşunlar Cənubi Osetiya ərazisinə daxil olan zaman on minlərlə gürcü evlərindən didərgin düşüb.

XS
SM
MD
LG