Accessibility links

Əfqanıstanda 5 yardım işçisi oğurlanıb


Taliban yaraqlıları Əfqanıstanın Nimroz vilayətində 5 yardım işçisini oğurlayıb. Vilayət qubernatoru Qulam Dastaqir Azad deyir ki, oğurlananlar BMT-nin Dünya Ərzaq Proqramı nəzdində ərzaqların insanlara çatıdırılması ilə məşğul olurlar. Helmənd vilayətində ordu rəsmilərinin sözlərinə görə, dünən keşik çəkən Böyük Britaniya əsgəri partlayış nəticəsində həlak olub. Əsgər Əfqanıstanda Talibana qarşı mübarizə aparan NATO-nun başçılıq etdiyi qüvvələrin üzvü idi. Bu, son iki gündə Helmənd vilayətində öldürülən 2-ci Britaniya əsgəridir. Bu günə qədər Əfqanıstanda Böyük Britaniyanın 138 əsgəri həlak olub.
XS
SM
MD
LG