Accessibility links

İranda daha 3 məhkum daşqalaq edilib


İrandakımənbələrin bildirdiyinə görə, Məşhəd şəhərində 3 məhkumun daşqalaq üsulu ilə edam hökmləri icra edilib. Amma daşqalaq edilən məhkumlardan biri həyatını xilas edə bilib.
Daşqalaq qərarları Məşhəd şəhərinin “Beheşt Rza” adlı qəbiristanlığında icra edilib. Müxtəlif mənbələr daşqalaq edilənlərin “Mahmud.M.Ğ”, “Huşəng.X” və “Məhbubə” adlı şəxslər olduqlarını bildirirlər. Həmin mənbələrin məlumatlara görə, daşqalaq hökümlərinin icrası zamanı əslən Əfqanistandan olan “Mahmud.M.Ğ” adlı məhkum özünü qurşağadək basdırıldığı çuxurdan çıxarmaqla xilas edib. Başqa iki məhkum isə daşqalaq nəticəsində ölüblər.Edamın ən dəhşətli üsullarından sayılan daşqalaq zamanı, qadın məhkumlarsinəyə qədər, kişi məhkumlar isə kəmərədək qabaqcadan hazırlanmış çuxurlara basdırılır və ətrafdakı insanlar məhkumlara daş atmaqla onları öldürməyə çalışırlar. Daşqalaq edilən hər-hansı birşəxs, edamın icrası zamanı özünü basdırıldığı çuxurdan xilas edə bilərsə, onun həyatı bağışlanır.
İslam şəriətinə görə, daşqalaq hökmü zina edən ailəli şəxslər haqqında verilə bilər.İranın Ədliyyə orqanının sözçüsü Əlirza Cəmşidi ötən il ölkəsində daşqalaq üsulu ilə edamların tamyığışdırıldığını iddia etmişdi. Cənab Cəmşidi bir neçə ay öncə onu da bildirmişdiki, əvvəllər barələrində daşqalaq qərarları çıxarılmış 4 məhkumun cəzası 10 il həbs və şallaq cəzaları ilə əvəzlənib.
Tehranda keçirdiyi son mətbuat konfransı zamanı İranın Şiraz şəhərində “Əfsanə” adlı bir qadın haqqında daşqalaq hökmünün çıxarıldığı barədəjurnalistlərin sualına münasibət bildirən cənab Cəmşidi deyib ki, yalnız ölkənin Ali Məhkəməsinin hakimləri daşqalaq barədə qərar verə bilərlər.

İran rəsmilərinin iddialarına baxmayaraq, insan hüquqları müdafiəçiləri İranda insanların daşqalaq edilməsinin davam etdirildiyini bildirir.

Onların dediyinə görə, son vaxtlarda İranda 6 məhkumun barəsində daşqalaq qərarları icra edilib. Hüquq müdafiəçiləri, daşqalaq edilərək öldürülənlərin “Məhbubə”, “Abbas.H”, “Cəfər.K”, “Huşəng.X” və kimliyi məlum olmayan başqa bir məhkum olduğunu bildirirlər.


XS
SM
MD
LG