Accessibility links

Nuri Əl-Maliki Tehrandadır


İraq baş naziri Nuri Əl-Maliki qonşu dövlətlər arasında siyasi və iqtisadi əlaqələri müzakirə etmək üçün İrana səfər edib. İraq lideri bu gün yüksək səviyyəli rəsmilərdən ibarət nümayəndə heyəti ilə birgə Tehrana gəlib. İranın İraqdakı səfiri Həsən Kazimi Quminin sözlərinə görə, cənab Maliki və İran rəsmiləri ölkələr arasında iqtisadi, siyasi, mədəni və ticari əməkdaşlıq haqda olan 110 razılaşmanı nəzərdən keçirəcək. Tərəflərin habelə ABŞ qüvvələrinə 2011-ci ilə kimi İraqda qalmağa icazə verən Təhlükəsizlik Paktını da müzakirə edəcəyi ehtimal edilir. İran bu sazişin əleyhinə idi. İraq parlamentinin üzvü Rauf Osman Amerikanın səsinə bildirib ki, İran İraqda vəziyyətin sabitləşdirilməsində daha güclü rol oynamalıdır.
XS
SM
MD
LG