Accessibility links

İllinoys ştatının qubernatorunun vəzifədən kənarlaşdırılması səyləri davam edir


Birləşmiş Ştatlar prezidenti seçilmiş Barak Obamanın Senatda yerini satmaqda ittiham edilmiş İlinoys ştatının qubernatoru Rod Blaqoyeviçin vəzifədən kənarlaşdırılması səyləri davam edir. İllinoys Konqresinin Nümayəndələr palatasının spikeri ştatın qanunvericilərini gələn həftə qubernatorun impiç edilməsilə bağlı səsverməyə hazır olmağa çağırıb.

Blaqoyeviç özünün mənsub olduğu demokrat partiyasının liderlərinin istefa vermək çağırışlarını əhəmiyyətsiz qoyaraq, keçən həftə İllinoys qanunvericisi Ronald Börrisi senator Obamanın yerinə təyin edib. Ştat rəsmiləri qubernatorun təyinatını təsdiq etməkdən boyun qaçırıblar. ABŞ Senatının liderləri isə Blaqoyeviçin təyin etdiyi heç bir şəxsi qəbul etməyəcəklərini bildiriblər.

XS
SM
MD
LG