Accessibility links

İraqda şiə zəvvarlar öldürülüb


İraq təhlükəsizlik rəsmiləri deyir ki, Bağdadın şimalında şiə məbədinin girişində qadın intiharçının hücumu nəticəsində 35 nəfər həlak olub, 65 nəfər isə xəsarət alıb. İntiharçı Kazimiyyə məhəlləsində məbədin girişində zəvvar kütləsinin içərisində bombanı işə salıb. Şiələr bu həftənin sonu Aşura gününə hazırlaşırlar. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, İmam Əl-Kazim məqbərəsinin yaxınlığında partlayışın qurbanlarının çoxu uşaq və qadınlar da daxil olmaqla iranlı zəvvarlardır. Aşura Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin xatirəsini yad edir. Son illər Aşura mərasimi təriqətçi toqquşmalarla yadda qalıb. Yüz minlərlə şiə zəvvar Bağdad və Kərbalada yanvarın 7-də başlanacaq Aşura gününü gözləyir.

XS
SM
MD
LG