Accessibility links

Şri Lankada yaraqlıların son sığınacağı dağıdılır


Şri Lanka ordusu “Tamil Pələngləri” yaraqlılarının son sığınacağını ələ keçirmək məqsədilə şimala doğru irəliləyir. Hökumət qoşunları yaraqlıların de-fakto paytaxtı Kilinoççini tutduqdan 2 gün sonra ordu rəsmiləri müstəqil jurnalistlərə Şri Lankanın ciddi ziyan dəyən şimaldakı müharibə zonasına ötəri nəzər salmasına icazə verib. Onlar deyir ki, Şri Lanka ordusu ölkənin şimalında “Tamil Pələngləri”nin mövqelərini bombalamaqda davam edirlər. Qoşunlar liman şəhəri olan Mullaitivuya doğru istiqamət alıb. Kilinoççidə isə hələ də silah və artileriya səsləri eşidilir. Yaraqlıların “Tamilnet” veb səhifəsi dünən bildirib ki, Şri Lanka qüvvələri Vanni regionunda çoxsaylı mülki vətəndaşı yaralayıb.

XS
SM
MD
LG