Accessibility links

Ələsgər Məmmədli: `Hər 5 dövlət idarəsindən dördü qanunu saymır`


Media məsələləri üzrə müstəqil araşdırmaçı, hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, Azərbaycanda bəzi dövlət qurumları hələ də özlərini tam olaraq informasiya sahibi hesab etmir, yaxud da olmaq istəmirlər:

“Əslində isə qanunvericilik onları informasiya sahibi hesab edir. Amma araşdırmalarımız göstərir ki, hər 5 qurumdan yalnız biri informasiya sorğularına cavab verir, yerdə qalanları isə qanunvericiliyi saymır”.

Cənab Ələsgərli “Amerikanın səsi”nə müsahibəsində diqqəti ona yönəldib ki, dövlət qurumlarınının informasiya açıqlığına dair məsuliyyətini artırmaq üçün hələ 3 il əvvəl qəbul olunmuş qanunvericilikdə xüsusi müvəkkil – informasiya ombusdmanının yaradılmasına qərar verilmişdi. Lakin bu qərar hələ də icra olunmayıb.

“Bu, əslində qanunvericiliyə və eyni zamanda ictimai informasiyaların açıqlığı məsələsinə hakimiyyət qurumlarının laqeydliyinin göstəricisidir ki, bunun da nəticəsi olaraq müxtəlıf dövlər qurumları müraciətlərə kifayət qədər səhlənkar yanaşır. Hətta elə qurumlar var ki, onların cavabı gülünc və heytrətamizdir. Milli Elmlər akademiyasının Arxilergiya institutu sorğulardan birinə belə cavab verib ki, axı siz kimsiniz...”

Ekspert deyib ki, problemin ildən ilə böyüməsinə digər səbəb məhkəmə müstəqilliyinin olmamasıdır. Belə ki, bəzən hakimlərin informasiya sorğusuna dair iddialara verdiyi qərar daha gülüncdür. Məsələn, cənab Məmmədlinin özünün Milli Məclis və Tarif Şurasına qaşı qaldırdığı məhkəmə iddiasına məhkəmənin qərarı belə olub ki, dövlət qurumlarına dair şikayət qəbul olunmur.

XS
SM
MD
LG