Accessibility links

Barak Obama inaqurasiya mərasiminə hazırlaşır


Dünən Çikaqonu tərk edən Obama bütün görüşləri ilə yanaşı inaqurasiya mərasiminə hazırlaşır. ABŞ-ın 44-cü prezidentinin ailəsi-xanımı Mişel və qızları 10 yaşılı Malia və 7 yaşlı Saşa Vaşinqtona şənbə günü gəlib. Bu gün qızlar ilk dəsr gününü özəl Sidvel Frends məktəbində başlayıb. Obamalar ailəsinin Ağ Evə köçənədək qalacağı mehmanaxana qarşısında növbəti prezidenti salmalayanlarla yanaşı, etirazını bildirənlər də toplaşıb. Nümayşçilər Obamanın İsrailin Qəzzaya qarşı hücümlarını qınamaqdan imtina etməsinə etiraz edir. Barak Obamanın inaqurasiya komitəsi onun ilk inaqurasiya balına ev sahibliyi edəcəyini, iştirak etmək istəyənlər üçün biletlərin ya pulsuz, ya da ucuz qiymətə satıldığını bildirir.Vaşinqtonun Konvensiya Mərkəzində təşkil ediləcək premyera tədbir amerikalıların vebstranslayasiya və SMS vasitəsi ilə prezidentlə təmas yaratmalarına xidmət edəcək.

XS
SM
MD
LG