Accessibility links

Şiə müsəlmanlar Aşura gününü qeyd edirlər


Minlərlə şiə müsəlman bu gün İraqın Kərbəla şəhərinə Aşuranı qeyd eymək üçün yığışıb. Aşuranın dini ənənələrindən biri olan baş yarılmasını həyata keçirən və üzlərindən qan axan kişilər və yeniyetmələrdən ibarət kütlə Kərbəlanın küçələrində yürüşlər keçirmişlər. Zəvvarların çox hissəsi əsasən İrandan və şiələrin çoxluq təşkil etdiyi ölkələrdən gəlmişlər. İraqın hərbi rəsmiləri təhlükəsizlik səbəbilə şəhərdə 20 000 hərbi qüvvənin yerləşdirildiyini bildirmişlər. Aşura şiələrin ən mühüm dini mərasimlərindən biridir. Bu mərasimin qeyd edilməsi 1300 il bundan əvvəl, Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qətli ilə bağlıdır.

XS
SM
MD
LG