Accessibility links

Mixail Saakaşvili: 'Gürcüstan sülh istəyir'


Gürcüstan prezidenti Mixail Saakaşvili deyib ki, ölkəsinin əhalisi sülh arzulasa da, bunun ərazi güzəşti müqabilində əldə olunmasını istəmir. Cənab Saakaşvili Tbilisidə jurnalistlər qarşısında açıqlama verib. Onun sözlərinə görə, Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı İlya ölkənin milli siyasətinin fundamental marağının ərazi bütövlüyü olduğunu dilə gətirib. Prezidentin şərhləri Rusiya qüvvələrinin Gürcüstana hərbi müdaxiləsindən təxminən 5 ay sonraya təsadüf edir. Rəsmi Moskva bu müdaxilənin məqsədinin Cənubi Osetiya və Abxaziyadakı Rusiya vətəndaşlarını qorumaq olduğunu bildirib. Gürcüstan isə Rusiyanın hücumlarına cavab verdiyini bəyan edib.

XS
SM
MD
LG