Accessibility links

Corc Buş növbəti və sabiq prezidentlərə nahar ziyafəti verib


ABŞ prezidenti Corc Buş növbəti və sabiq prezidentlərlə nahar ziyafətinə ev sahibliyi edir. Tarixi görüş kimi qiymətləndirilən nahar yeməyi artıq 25 ildir ki, ənənə halını alıb. Yeməkdən əvvəl prezident Buş Barak Obama ilə görüş keçirərək, Yaxın Şərqdə vəziyyət və iqtisadi problemləri müzakirə edib. Sabiq prezidentlər Corc Buş ata, Cimmi Karter və Bill Klinton nahar yeməyində iştirak ediblər.

Barak Obama yanvar ayının 20-də 44-cü və ilk afrika mənşəli amerikalı prezident kimi vəzifəsinə başlayacaq.

XS
SM
MD
LG