Accessibility links

Con Neqropontenin Çin səfəri başa çatdı


ABŞ dövlət katibinin müavini Con Neqroponte deyib ki, Çinlə Amerikanın gələcək münasibətlərinin əsasında təhlükəsizlik və iqtisadi məsələlər yer almalıdır. Pekinə səfərinin ikinci və sonuncu günü cənab Neqroponte prezidentlik dönəmi başa çatan Corc Buşun Pekinlə Vaşinqton əlaqərinin normallaşmasında əvəzsiz rolunu yüksək qiymətləndirib.

1979-cu ildən diplomatik əlaqələrin təməlini qoyan bu iki ölkə arasında biznes münasibətləri möhkəm olsa da, Vaqinton vaxtaşırı Çində insan hüquqlarının vəziyyəti və din azadlığı ilə bağlı narahatlıqlarını bildirir. Çinlə Amerikanın ticarət natarazlığı və ABŞ-ın Tayvana hərbi dəstəyi də tərəflər arasında fikir ayrılıqlarına yol açıb.

XS
SM
MD
LG