Accessibility links

Livandan İsrailə raket atıldı


İsrailin Qəzzada Həmasa qarşı həyata keçirdiyi əməliyyatların 13-cü günü Livan ərazisindən İsrailin şimalına ən azı üç raket atılıb.

Bu hücum nəticəsində iki nəfər yaralanıb. Livan hökuməti hadisəni pisləyib.

Rəsmilər deyirlər ki, raketlər bu gün ölkənin cənubundakı Nahariyə şəhərindən İsrailin şimalına atılıb.

İsrail cavab atəşi açıb.

Livanın baş naziri Fuad Siniora hücumu pisləyib. Hökumət naziri deyib ki, Hizbullah aksiyaya görə məsuliyyəti üzərinə götürməyib. O, raket hücumuna görə Livanda yerləşən Fələstin qrupunu günahlandırıb.

Ötən gecə Qəzza Zolağındakı hədəflərin bombardman edilməsindən sonra İsrail hərbiyyəsi bu gün də atəşi üç saatlığa dayandıracağını bildirib. Bu fasilə Qəzzaya humanitar yardımın çatdırılması üçündür.

XS
SM
MD
LG