Accessibility links

Ərəb diplomatlara qətnamə layihəsi təqdim olunub


Böyük Britaniya, ABŞ və Fransadan olan diplomatlar BMT-də Ərəb xarici işlər nazirlərinə İsrail-Qəzza münaqişəsinin ilə bağlı qətnamə layihəsini təqdim ediblər. Layihənin detalları barədə ətraflı məlumat açıqlanmasa da, diplomatlar Böyük Britaniyanın təklif etdiyi qətnamə layihəsinin təcili olaraq atəşkəsə çağırdığını bildirib. Bu arada bu gün İsrail Qəzzada atəşkəs üçün Misir və Fransanın irəli sürdüyü planı müzakirə etmək məqsədilə nümayəndəsini Qahirəyə göndərir. İsrail rəsmiləri deyir ki, müdafiə nazirinin yardımçısı Amos Qilad planın detallarını öyrənməyə çalışacaq. Qəzzaya nəzarət edən Həmas da təklifi araşdırdığını bildirib. Dünən ABŞ Dövlət Katibi Kondoliza Rays Misir-Fransa atəşkəs təşəbbüsünə Vaşinqtonun dəstəyini bildirib və deyib ki, plan barədə İsrail rəsmiləri ilə danışıqlar aparıb.
XS
SM
MD
LG