Accessibility links

Rusiya və Ukrayna rəsmiləri Brüsseldə görüşmüşlər


Təbii qazsız qalan Avropa ölkələrindəki vəziyyəti müzakirə etmək üçün bu gün Rusiya və Ukraynanın enerji rəsmiləri Brüsseldə Avropa Birliyinin rəsmiləri ilə görüşüblər. Görüşdə iştirak edən Avropa Komissiyasının başçısı Hose Manuel Barroso Rusiyanın enerji naziri Aleksey Millerə və onun ukraynalı həmkarı Oleq Dubinaya müraciət edərək deyib ki, Rusiyanın Ukrayna ərazilərindən qərb dövlətlərinə göndərdiyi qaz kəmərlərinın fəaliyyəti təcili bərpa edilməlidir. Cənab Barroso eləcə də bildirib ki, Rusiyanın mütəmadi qaz böhranı yaratması onun müntəzəm qaz təchizatçısı kimi imicini şübhə altına alır. Görüşün detalları barədə ətraflı məlumat verilməsə də Ukrayna ərazilərindən keçən qazın fəaliyyətinə beynəlxalq monitorlar tərəfindən nəzarət ediləcəyi barədə razılıq əldə ediləcəyi gözlənilir.

Bu gün Rusiya və Ukrayna rəsmiləri Moskvada da bu məsələni müzakirə ediblər. Bunlarla yanaşı xəbər verilir ki, Fransa prezidenti Nikola Sarkozi və Almaniya kansleri Angela Merkel Parisdə görüşərək, Rusiyanı Avropa ilə qaz kontraktına riayət etməyə çağırmışlar.

XS
SM
MD
LG