Accessibility links

İraqda ayrı-ayrı bomba partlayışlarında səkkiz əsgər ölüb, yeddi nəfər yaralanıb


Iraq rəsmiləri yol kənarına yerləşdirilmiş ayrı-ayrı üç bomba partlayışı zamanı 8 İraq əsgərinin öldüyünü, yeddi nəfərin yaralandığını bildiriblər. Diyala vilayətinin rəsmilərinin bildirdiyinə görə, hücumların ikisinin hədəfi Bağdadda şimalda yerləşən kənddə ordu konvoyu olub. Digər bomba partlayışı Kərkükdə baş verib. Hadisə iki İraq əsgərinin ölümü, ikisinin yaralanması ilə nəticələnib.

XS
SM
MD
LG