Accessibility links

Barak Obama amerikalıları iqtisadi böhranın həllinə çağırıb


ABŞ-ın növbəti prezidenti Barak Obama amerikalıları daha əvvəlki nəsillərin müharibə, depressiya və qorxu ilə mübarizə etdikləri əzmkarlıqla iqtisadi böhranın həllinə çağırıb. Obamanın çıxşı iqtisadi stimullaşdırma təkliflərinə Konqresin dəstəyini əldə etmək səylərinin bir hissəsidir. İki illik plan 800 milyard dollarlıq xərcləri nəzərdə tutur. Barak Obama deyib ki, plana bir çox amerikalının vergi ixtisarı, yollar, körpülər, məktəblərin təmiri, səhiyyə və enerji sistemində inkişaflar daxildir. ABŞ-ın növbəti prezidenti Amerika iqtisadiyyatını təhlükə altına alan “tamahkarlıq və risk”lə mübarizə məqsədi ilə qaydaların dəyişdiriləcəyinə vəd verib. Iqtisadi vəziyyətin ciddiliyi özünü son 26 ildə ən yuxarı göstərici olan 4.6 milyon insanın uzunmüddətli işsizlik təzminatına müraciət etməsi ilə bir daha büruzə verib. Barak Obama stimullaşdırma paketinin yanvar ayının 20-də keçiriləcək inaqurasiya mərasimindən sonra təsdiq ediləcəyinə ümid etsə də, təklifin fevral ayının ortalarınadək Konqresin təsdiqini əldə edəyəcəyi gözlənilmir.

XS
SM
MD
LG