Accessibility links

ABŞ-da işsizlik səviyyəsi artıb


Amerika Birləşmiş Ştatlarında işsizlik səviyyəsi dekabr ayında 7.4 faiz artıb. Bu isə son 15 ildə ən yüksək göstəricidir. Əmək nazirliyinin hesabatında deyilir ki, Amerikanın geriləyən iqtisadiyyatı 2008-ci ildə 2.6 milyon iş yerinin bağlanmasına səbəb olub. Təkcə dekabr ayında yarım milyon insan işini itirib. Prezident seçilən Barak Obama bu göstəricinin Vaşinqtonun ciddi ölçülər götürməsinin vacibliyini göstərdiyini bidlirib. Obama deyib ki, bu statistik göstəricilərin arxasında real həyatlar, real iş yerləri və real iztirablar durur. ABŞ-ın növbəti prezidentinin yeni stimullaşdırma proqramında iki il müddətində 800 milyard dolların sərf edilməsi nəzərdə tutulur. Plana bir çox amerikalının vergi ixtisarı, yollar, körpülər, məktəblərin təmiri, səhiyyə və enerji sisteminin inkişaf etdirilməsi daxildir.

XS
SM
MD
LG