Accessibility links

Co Bayden Əfqanıstana gedib


ABŞ-ın növbəti vitse-prezidenti Co Bayden siyasi və ordu liderləri ilə danışıqlar aparmaq üçün bu gün Əfqanıstana gedib. Bayden Əfqanıstan prezidenti Həmid Karzai və ABŞ generalı, Əfqanıstanda NATO-nun başçılıq etdiyi qüvvələrin komandiri Deyvid Makkirnanla görüşüb. O həmçinin Əfqanıstanın başqa rəsmiləri ilə də danışıqlar aparıb. Bundan əvvəl Co Bayden Pakistanda olub. O, dünən Pakistan baş naziri Yusuf Rza Gilani və prezident Asif Əli Zərdari ilə danışıqlar aparıb. İslamabaddan daxil olan məlumatda deyilir ki, müzakirələrin diqqət mərkəzində terrorizmlə mübarizə ilə yanaşı, Pakistanla Hindistan arasındakı gərginlik olub.
XS
SM
MD
LG