Accessibility links

Avropada İsrailə qarşı kütləvi etiraz dalğası baş qaldırıb


Qərbi Avropa şəhərlərində on minlərlə insan Qəzzada davam edən zorakılıqlara etiraz məqsədi ilə nümayiş keçirir. Londonda nümayişçilər İsrail səfirliyi qarşısında Fələstinlilərin bayraqlarını dalğalandıraraq İsrailin Qəzzaya hücumlarını təcili dayandırmasına çağırıblar. Etiraz askiyasının iştirakçıları - Britaniya Müsəlmanları, solçu siyasi qrupların üzvləri və tələbələr hücumları bəşəriyyətə qarşı cinayət kimi təsvir edən plakatlar qaldırıblar. Almaniyanın Dyusburq şəhərində 10 min insan yürüş keçirərək, blokadanın ləğvinə və zorakılıqların təcili dayandırılmasına səsləyiblər. Aksiyanın dinc keçməsinə baxmayaraq, bəzi nümayişçilər İsrail bayraqlarına qartopu atıblar. Sabah Londonun Trafalqar Meydanında da etiraz aksiyasının keçiriləcəyi gözlənilir.
XS
SM
MD
LG