Accessibility links

Pakistanda yarıhərbi istehkama hücum olub


Pakistanın ordu rəsmiləri dünən gecə Əfqanıstanla sərhəddə yarıhərbi istehkama hücum zamanı 6 əsgərin və 40 yaraqlının öldüyünü bildirib. Hücumçuların çoxu sərhəddin Əgqanıstan tərəfindən gələrək, Mohmand ucqar ərazisindəki Taliban yaraqlılarına qoşulub. Mohmand Talibanın və Əl-Qaidənin fəaliyyətlərinin mərkəzi hesab olunur. Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, toqquşma yaraqlılar qaçanadək bir neçə saat davam edib. Hücumda 600-ə yaxın yaraqlı iştirak edib. Pakistan hüquq-mühafizə nümayəndələri deyir ki, qarşıdurma zamanı 7 əsgər xəsarət alıb və yarı-hərbi Cəbhə Korpusu yaraqlılara ağır zərbə endirib. Bununla yanaşı, bu gün Cənubi Vəziristanda yaraqlıların yerli hökumət rəsmisi Əmir Lətifi oğurladığı bildirilir.
XS
SM
MD
LG