Accessibility links

İsrailin Qəzzada hava hücumu nəticəsində Misrin iki polis zabiti və iki uşaq yaralanıb


Təhlükəsizlik qüvvələri bu gün Qəzza zolağında İsrail silahlı qüvvələrinin hücumları nəticəsində Misrin iki polis zabitinin və iki uşağın yaralandığı bildirir. Rəsmilər onların hansı dərəcədə xəsarət aldığı barədə geniş məlumat verməyib, yaralananların xəstəxanaya aparıldığını deyiblər. Fələstin torpaqları və Misir arasında yeganə keçid olan Rəfah ərazisi Həmas yaraqlıqları və başqaları tərəfindən təchizatın bölgəyə tunel şəbəkəsi vasitəsilə keçirilməsi üçün istifadə edilir. İsrail silahlı qüvvələri hava hücumları zamanı tunelləri hədəf alır.

XS
SM
MD
LG