Accessibility links

İsrail qüvvələri  Qəzzanın əhalinin çıx yaşadığı bölgələrinə doğru irəliləyir


İsrailin quru qüvvələri Həmas döyüşçulərinin məhvi məqsədi ilə Qəzza zolağının əhalinin çıx yerləşdiyi bölgələrinə doğru irəliləyir. İsrail əsgərləri ilə Həmas yaraqlaıları arasında Qəzza şəhəri yaxınlığında qızğın döyüşlər gedir. İsrailin döyüş təyyarələri Qəzza və Misir sərhədləri yaxınlığında silah qaçaqmalçılığı həyata keçirilən tunneli bombardman edib. Israil ordusunun bildirdiyinə görə, dünən gecə təyyarələrlə son 15 dəfə hücuma keçilib. Qahirədə isə Yaxın Şərq məsələləri üzrə nümayəndə Toni Bleyr atəşkəsə imkan yaradan elementlərin mövcudluğunu qeyd edib. Qəzzada səhiyyə rəsmiləri 900-dən artıq fələstinlinin hücumlar nəticəsində həlak olduğunu bildirir. İsrailin ehtiyatdakı hərbi qüvvələrini Qəzzaya yerləşdirməsinə baxmayaraq, Həmas İsrail ərazilərinə hücumlarını davam etdirir.

XS
SM
MD
LG