Accessibility links

Barak Obama Vaşinqtonda Meksikanın dövlət başçısı Filip Kalderonla görüşür


ABŞ-ın növbəti prezidenti Barak Obama bu gün Vaşinqtonda Meksikanın dövlət başçısı Filip Kalderonla görüşür. Noyabr ayında president seçildikdən sonra bu, Obamanın xarici ölkə prezidenti ilə ilk görüşüdür. Obamanın keçid idarəsinin bildirdiyinə görə, görüşün məqsədi Amerika Birləşmiş Ştatları ilə meksika arasındakı əlaqərin mühümlüyünün bir daha önə çəkilməsidir. Tərəflər arasında mühacirət və ticarət məsələləri müzakirə ediləcək. Sabah ABŞ və Meksika prezidentləri-Corc Buş və Filip Kalderon Vaşinqtonda görüş keçirib, narkotik maddə qaçaqmalçılığı və zorakılıqlar məsələrini müzakirə etməlidir. Müzakirələr mütəşəkkil cinayətkarlıqla birgə mübarizə yollarına həsr ediləcək. Tərəflər “Merida təşəbbüsləri” adlanan sərhəryanı bölgələrdə cinayətkarlıqla mübarizə proqramına xüsusi diqqət ayıracaq. Amerika Meksikanın narkotik maddə qaçaqmalçılığı ilə mübarizəsinə dəstək məqsədi ilə 465 milyon dollar məbləğində maliyyə vəsaiti ayırıb.


XS
SM
MD
LG