Accessibility links

Holivudun "Qızıl Qlobus" mükafatlarının təqdimatı mərasimi keçirilib


Los Ancelesdə Holivudun Xarici Mətbuat Assosiasiyasının ilin ən yaxşı filmlərinə verilən “Qızıl Qlobus” mükafatlarının təqdimatı olub.

“Dilənçi milyonçu” filmi dörd kateqoriyada “Qızıl Qlobus” mükafatına layiq görülüb. Buraya ən yaxşı dram janrında film, ən yaxşı quruluşçu-rejissor, ən yaxşı ssenari və filmə yazılmış musiqi kateqoriyalarında mükafatlar alıb. “Dilənçi milyonçu” Mumbayda yaşayan yetim oğlanın uşaqlıq illərinin məhəbbətinə qovuşmaq üçün keçdiyi sınaqlardan bəhs edir.

Ən yaxşı televiziya filmləri kateqoriyasında mükafat ABŞ-ın ikinci prezidenti Con Adamsa həsr olunmuı eyni adlı filmə verilib. Mükafat “Con Adams” filminin baş prodüseri olan Tom Henksə təqdim edildi.

Uzun illərdir böyük ekrandan uzaqlaşan aktyor Miki Rurk “Güləşçi” filmində ifa etdiyi baş rola görə ən yaxşı kişi rolunun ifaçısı kateqoriyasında mükafat aldı.

Ən yaxşı qadın rolunun ifaçısı isə “İnqilabi Yol” filmində çəkilmiş Leyt Vinslet oldu. Vinsletin tərəfmüqabili “Titanik” filmində olduğu kimi bu filmdə də Leonarda Di Kaprio idi.

66-cı Qızıl Qlobus mükafatlarının təqdimatı mərasimi Oskardan sonra Holovudun ikinci böüyk kino tədbiri sayılır. Qızıl Qlobus çox vaxt Oskar üçün bir barometr kimi xidmət edir. Mükafat xarici ölkələrə şou-biznes xəbərlərini çatdıran 90 jurnaslitdən ibarət Holivudun Xarici Mətbuat Assosiasiyası tərəfindən təqdim edilir.

XS
SM
MD
LG