Accessibility links

ABŞ Pakistanın atom silahları proqramının təsisçisi ilə əlaqəsi olanlara sanksiyalar tətbiq edib


ABŞ Pakistanın atom silahları proqramının təsisçisi ilə əlaqəsi olan şəxslər və şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Dövlət Departamentinin bu gün elan etdiyi sanksiyalar alim Əbdül Qədir Xanla əlbir olan 13 nəfərə və 3 özəl şirkətə şamil edilir. Pakistanın atom bombasının atası adlandırılan Xan 2004-cü ildən bəri İslamabadda ev dustağıdır. O,İran, Liviya və Şimali Koreyaya nüvə proqramı ilə bağlı gizli məlumatlar sızdıqmaqda ittiham edilir. ABŞ Dövlət Departamentinin bugünkü açıqlamasında bildirilir ki, Vaşqinton bu sanksiyaların nüvə silahları ilə bağlı gələcək fəaliyyətlərə mane olacağına və onların nüvə silahlarının yayılmamasına dair xəbərdarlıq mahiyyəti daşıyacağına inanır.

XS
SM
MD
LG