Accessibility links

Rusiya ilə Ukrayna arasında qaz böhranı davam edir


Rusiya Ukrayna vasitəsilə Şərqi Avropaya qaz təchizatını bu gündən bərpa etdiyini bildirsə də, Avropa Birliyinin müşahişəçiləri boru kəmərindən qaz axmadığını xəbər veriblər.

Rusiyanın Qazprom şirkəti isə yenidən Ukrayna tərəfini qazın Avropanın digər hissəsinə çatdırılmasının qarşısını almaqda ittiham edib.

Ukrayna hökümətinin enerji rəsmisi Aleksey Hudima "Amerikanın səsi"nə deyib ki, Rusiya qazı Ukraynaya axır, lakin lazımi kəmərlərdə təzyiq olmadığı üçün bu, Avropaya göndərilə bilməz.

Ukrayna rəsmisi Moskvanı xəbərdarlıqsız təchizat marşrutunu dəyişməkdə günahlandırıb.

Rusiya qaz təchizatlarını ötən həftə dayandırmışdı. Moskva Ukraynanı Avropa üçün nəzərdə tutulan qazı qanunsuz olaraq özünə götürməkdə günahlandırmışdı.

XS
SM
MD
LG