Accessibility links

Amerikanın yardımı ilə İranın islam rejiminin devrilməsi cəhdinə görə 4 nəfərin ittihamnaməsi açıqlanacaq


İranın Ədliyyə Nazirliyinin bildirdiyinə görə,Amerikanın maliyyə yardımı ilə İranın islam rejiminin devrilməsi cəhdinə görə 4 nəfərin ittihamnaməsi açıqlanacaq. Nazirliyin sözçüsü Əli Rza Cəmşidi həmin şəxslərin Tehranda həbs edildiyini bildirib.

Məhkəmə prosesinin nə zaman başlayacağı aydın deyil. Lakin Cəmşidimüttəhimlərin hökmlərinin yaxın günlərdə çıxarılcağını deyib. Ədliyyə Nazirliyinin sözçüsü şübhəlilərin çevriliş məqsədi ilə xarici ölkələrdən insanları təlimlərə cəlb etməkdə günahlandırıldığını bildirib.

İrandan bu məlumat “New York Times” qəzetinin adını açıqlamadığı Amerika vəxarici bir rəsmiyə istinadən yazdığı məqalədən sonra alınıb. Qəzet yazıb ki, ABŞ prezidenti Corc Buş İranın şübhəli nüvə proqramı ilə bağlı sabotaj üçün məxfi əməliyyatlara göstəriş verib. Son mühakimələrin bu məlumatla əlaqəsi olub-olmadığı bəlli deyil.

XS
SM
MD
LG