Accessibility links

ABŞ rəsmisi iqtisadi stimul paketinin həcmindən ehtiyatlanır


ABŞ-ın iqtisadiyyat üzrə yüksək rütbəli rəsmisi deyir ki, 800 milyard dollarlıq stimul paketi dayanıqlı iqtisadi bərpa üçün kifayət etməyə bilər.ABŞ Federal Ehtiyatlar Bürosunun sədri Ben Bernanke bildirib ki, növbəti prezident Barak Obamanın təklif etidiy plan iqtisadiyyata iri təkan vermiş olacaq.Amma o, habelə xəbərdarlıq edib ki, hökumət ölkənin maliyyə sisteminin islahatı üçün tədbirlər görməlidir.Bernanke deyib ki, qlobal iqtisadi bərpanın durumu qeyri-müəyyən olaraq qalır.O, söyləyib ki, maliyyə böhranı göstərir ki, dünya ölkələri bir-birinə sıx bağlıdır, və ölkələr ayrı-ayırılıqda iqtisadi, maliyyə və nizamlayıcı siyasət yürüdə bilməzlər.Bu arada ABŞ hökuməti məlumat verir ki, neft qiymətlərinin kəskin enməsi və istehlakçı xərclərinin azalması ilə əlaqədar ölkənin ticarət defisiti son 5 ildə ən aşağı səviyyəyə düşüb.ABŞ idxalları 12 faiz azalıb ki, bunun ən böyük hissəsi Çin məhsullarının payına düşür.
XS
SM
MD
LG