Accessibility links

Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edildiyi təqdirdə, “ağıl gücü” diplomatiyasından istifadə edəcək


Nyu-York senatoru Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edildiyi təsdirdə, "ağıl gücü" diplomatiyasından istifadə edərək, Yaxın Şərqdə sülh və sabitliyi bərqərar edəcəyini deyib. Senatın Xarici Əlaqələr Komitəsi qarşısında ifadə verən Hillari Klinton Vaşinqtonun müttəfiqləri ilə münasibətlərini inkişaf etdirəcəyinə söz verib. ABŞ-ın sabiq birinci xanımı "ağıl gücü" diplomatiyasının İsrailin təhlükəziliyi və fələstinlilərin siyasi və iqtisadi ehtiyaclarının qarşılanmasına xidmət edəcəyinə söz verib.

Buş administrasiyasının siyasətinə birbaşa toxunmasa da o, Obamanın Ağ Evinin diplomatiyanın yeni erasına start verəcəyini deyib. Xanın Klinton növbəti prezidentin və xarici siyasətin sərt ideologiya deyil, prinsip və praqmatizmə əsaslanmalı olduğunu bildirib.Senator Klinton deyib ki, Obama administrasiyası İranla diplomatik əlaqələr qurulmasına çalışacaq, lakin bu mövqenin effektivliyinə dair illüziyalara qapılmayacaq.

Hillari Klinton məqsədlərə diplomatiya, sanksiyalar və İranı nüvə texnologiyası əldə etməsindən çəkindirmək üçün daha güclü koalisiya yaradılması yolu ilə nail olunacağını deyib.

Nyu Cersi senatoru Robert Menendezin erməni soyqırımı iddiaları məsələsinin gündəmə çıxarılacağına dair sualı cavablandırarkən xanım Klinton yeni administarsiya kimi bütün məsələlərin nəzərdən keçiriləcəyini deyib. Xatırladaq ki, Hillari Klinton 1915-ci il genosidinin tanınmasına dəstək verirdi.

Senator Klinton Obama administrasiyasının terrorimzə qarşı geniş əhatəli strategiya tətbiq edəcəyini bildirib.

XS
SM
MD
LG