Accessibility links

Qəzzada qanlı döyüşlər davam edir


Keçən gecə İsrailin hərbi hava qüvvələri Həmasın 60-dan çox hədəfini nişan aldıqdan sonra, bu gün quru qüvvələrlə Həmas yaraqlıları arasında Qəzza şəhərində ağır döyüşlər davam edib. Polisin dediyinə görə, Livan ərazisindən İsrailin şimalına üç raket atılıb ki, İsrail də buna cavab verməli olub.

Bu arada Qahirədə olan BMT-nin baş katibi Pan Gi Mun 19 gün ərzində 300-ü uşaq olmaqla, 1000-dən çox fələstinlinin və 13 nəfər israillinin ölümünə səbəb olan müharibənin təcili olaraq dayandırılmasına çağırıb. İsrail Həmasın raket atəşlərini dayandırmasını, Həmas da öz növbəsində İsraildən hücumları dayandırmasını və blokadaya son qoymasını tələb edir.

Başqa xəbərdə deyilir ki, Osama Bin Ladenin səsi olduğu deyilən audioyazıda müsəlmanlar İsrailə qarşı cihada çağırılır.

XS
SM
MD
LG