Accessibility links

ABŞ terror hücümü barədə daha bir xəbərdarlıq aldı


Barak Obama hakimiyyətə başlamazdan əvvə ABŞ terror hücümü barədə daha bir xəbərdarlıq aldı. Yeni administrasiyaya xəbərdarlıq son 7 ayda ilk dəfə olaraq internetdə yayımlanan audio-yazıda səslənib. Səsin Üsəma Bin-Ladenə məxsus olduğuna inanılır. Əl- Qaidə lideri Amerika Birləşmiş Ştatları və birbaşa Barak Obamaya qarşı mübarizə üçün yeni cəbhə açılacağını deyib. Bin-Laden Amerikanın zəifləyən iqtisadi durumu ilə terrorizmlə mübarizə proqramını maliyyələşdirməyə necə nail olacağı barədə sual qaldırıb. O deyib ki, indi dünyandan pul dilənən Amerika əvvəlki qüdrətini itirib. Bin-Laden İsrailə qarşı cihada çağırıb.

XS
SM
MD
LG