Accessibility links

'Freedom House' İranda azadlıqların daha da məhdudlaşdırıldığını bildirir


Baş qərargahı Vaşinqtonda yerləşən “Freedom House” təşkilatı2008-ci ildə dünyada azadlığın vəziyyəti ilə bağlı illik hesabatını yayıb.
“Freedom House”-un İranla bağlı ötən ilki geniş raportunda İranda fərqli fikir sahiblərinin müxtəlif ittihamlar əsasında həbs olunmasının davam etdiyi bildirilir. Bu ölkədə milli azlıqlar - azərbaycanlılar, ərəblər, bəluçlar, kürdlər eləcə də dini azlıqlar, o cümlədən yəhudilər, bahailər və başqalarına qarşı ayrıseçkilik siyasətinin həyata keçirildiyi bildirilir. Bundan başqa, bütün beynəlxalq tələblərə baxmayaraq, İranda azyaşlıların edamının hələ də davam etdiyi, eləcə də Tehran rejiminin bədən orqanlarının amputasiyası və daşqalaq kimi dəhşətli cəza üsullarında hələ də istifadə etdiyini bildirilir.
XS
SM
MD
LG