Accessibility links

ABŞ-da işsizlik səviyyəsi qalxmaqda davam edir


Birləşmiş Ştatlarda 2009-cu ilin əvvəlindən işsizliyə görə verilən ərizələrin sayının artması ilə işsizlik səviyyəsi 11% yüksəlib. ABŞ-ən Əmək nazirliyi bu gün bildirib ki, keçən həftə 524 000 amerikalı işsizliyə görə ərizə verib. Ümumilikdə isə son 26 il ərzində işsizliyə görə müavinət almaq üçün müraciət edən amerikalıarın sayı getdikcə artır. Əmək nazirliyinin bundan ayrı hesabatında göstərilir ki, ferma və zavodlara məhsul üçün ödənilən qiymətlər dördüncü aydır enməyə davam edərək, dekabr ayında iki faiz düşüb. Bu, yeddi il ərzində ən böyük enmədir.

XS
SM
MD
LG