Accessibility links

Rusiya və Ukrayna rəsmiləri şənbə günü Moskvada görüşəcək


Rusiya və Ukrayna rəsmiləri şənbə günü görüşərək Avropaya qaz nəqli ilə bağlı yaranmış vəziyyətdən çıxış yollarını axtarmağa çalışacaq. Ukrayna baş naziri Yuliya Timoşenko və onun rusiyalı həmkarı Vladimir Putin bu gün telefonla danışıq zamanı Moskvada müzakirələr keçirilməsinə razılıq veriblər. Daha əvvəl Ukrayna Moskvada görüşməyi rədd edərək bildirmişdi ki, görüş Avropa Birliyi ərazisində baş tutmalıdır. Birliyin açıqlamasında bildirildiyinə görə, təşkilat danışıqlara enerji komissari Andris Paybalqs və Çex Respublikasının enerji naziri Martin Rimanı göndərəcək. Rusiya prezidenti Dmitri Medvedyev deyir ki, o, görüş zamanı böhrandan çıxış yollarının tapılacağına ümid edir.

XS
SM
MD
LG