Accessibility links

Mumbay hücumlarında əli olmaqda şübhələnilənlərın sayı artır


Pakistanın yüksək səviyyəli rəsmiləri noyabr ayında maliyyə mərkəzi Mumbayda edilən hücumlarda əli olmaqda şübhəli bilinən 71 nəfərin həbs edildiyini bildirirlər. Rəsmilərin dediyinə görə, hücumlar İslam xeyriyyə təşkilatı olan Camaatu-Dava və Ləşkəri-Təibənin yüksək və orta səviyyəli liderləri tətəfindən təşkil edilib. Pakistanın daxili işlər naziri Rəhman Malik bu gün ölkədə yaraqlılara təlim verə bilən bir neçə düşərgənin bağlandığını bildirib. Nazir eləcə də, militant təşkilatı ilə əlaqəsi olan məktəblərin, ofislərin, veb səhifələrin fəaliyyətinin dayandırıldığını deyib. Mumbayda səfərdə olanBritaniyanın xarici işlər naziri David Milliband bu gün deyib ki, terrorizmə qarşı mübarizədə Pakistanla Hindistannın əməkdaşlığı çox vacibdir.

XS
SM
MD
LG