Accessibility links

Barak Obama: `ABŞ-ın xarici siyasətində hər iki partiyanın mövqeyi rəhbər götürüləcək`


ABŞ-ın növbəti prezidenti Barak Obama hakimiyyətdə olduğu müddət ərzində Amerikanın xarici siyasətində hər iki partiyanın mövqeyi rəhbər götürüləcək. Obama yenicə Küveyt, Pakistan, Əfqanıstan və İraqdan qayıdan respublikaçı senator Lindsi Graham və vitse-prezident seçilən Co Baydenlə görüş keçirib. ABŞ-ın növbəti prezidenti Əl-Qaidə və onun lideri Üsama Bin Ladeni ABŞ-ın təhlükəsizliyinə bir nömrəli hədə adlandırıb. Co Bayden Əfqanıstana əlavə resurslar ayrılmasına çağıraraq, vəziyyətin hazırkından lap pis ola biləcəyi barədə xəbərdarlıq verib. Xarici siyasətə dair planlarını açıqlamasa da, cənab Obama ölkənin bir prezident tərəfindən idarə edildiyini bildirib. O, gələn həftə inaqurasiyadan sonra planlarına dair açıqlama verəcəyinə vəd verib. Daha sonra Obama ilə Bayden nəzakət əlaməti olaraq, baş hakim Con Robertsin dəvəti ilə ölkənin ali məhkəməsində olub. Növbəti prezidentlə növbəti vitse-prezident baş hakimin təsdiqi zamanı Senatda onun əleyhinə səs vermişdi.

XS
SM
MD
LG