Accessibility links

Əli Həsənov: 'Xarici radioların orta dalğalarda yayımı mümkündür'


Azərbaycan ABŞ-ın Yayım Şurasından və BBC-dən təkliflər gözləyir. “Amerikanın səsi”nə açıqlama verən Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Amerikanın və Böyük Britaniyanın müxtəlif qurumları və dövlət rəhbərləri xarici radiolarla bağlı Azərbaycan prezidentinə müraciətlər edib. Cənab Həsənov Azərbaycan hökumətinin bu qurumlarla dialoqa hazır olduğunu dilə gətirib. Onun sözlərinə görə, Azərbaycan yerli şirkətlər üçün nəzərdə tutulmuş FM tezliyi istisna olmaqla, bu radioların yayımını digər bütün vasitələrlə davam etdirməyə hazırdır. Digər vasitələr dedikdə, Əli Həsənov beynəlxalq peyk yayımı imkanlarını, kabel teleradio sistemini, orta və qısa dalğaları nəzərdə tutduğunu bildirib. “Eyni zamanda, ABŞ və Böyük Britaniya hökumətləri ilə hökumətlərarası sazişə müvafiq olaraq qarşılıqlı yayım praktikası da həyata keçirilə bilər”- deyə o, qeyd edib.
XS
SM
MD
LG