Accessibility links

'Ergenekon iddiası Türkiyə qanunlarının fundamental prinsiplərini pozub'


Türkiyə ordusu dövlət çevrilişinə cəhdlə bağlı təhqiqatı tənqid edib. Bu təhqiqat təqaüddə olan ali ordu zabitlərinin həbsi ilə nəticələnib. Ordu sözçüsü Briqada Generalı Mətin Qurak bu gün deyib ki, bu istintaqda ədalətli mühakimə və təqsirsizlik prezumpsiyası da daxil olmaqla Türkiyə qanunlarının fundamental prinsipləri pozulub. Sözçü gözlənilən bu addımların insanlara, institutlara, ədliyyə sisteminə və bütövlükdə dövlətə ziyan vurduğunu bildirib. Onun sözlərinə görə, mətbuat bu adların məsuliyyətsizcəsinə nəşrini dayandırmalıdır. Qeyd edək ki, Ergenekon üzvlərinə qarşı qaldırılan iddiada ittiham olunan 86 nəfər arasında ali ordu zabitləri, dünyəvi siyasətçilər və jurnalistlər var.
XS
SM
MD
LG