Accessibility links

Urmiyənin Qızıl Xənəyə sakinlərilə polis arasında qarşıdurma olub


Qeyri-rəsmi mənbələr bildirir ki, Urmiyənin “Nazlı” bölgəsinin Qızıl Xənəyə kəndinin sakinləri yanvarın 14-də, əkin sahələrinin suvarılmasında istifadə etdikləri su mənbələrindən məhrum edilməsindən təşvişə düşərək, dinc etirazlara başlayıblar. Onlar kəndin əkin sahələrinin uzun illər istifadə edilən çayın istiqamətinin dəyişdirilərək bu kəndin yaxınlığında inşa edilən qum fabrikinə yönəldilməsinə etiraz əlaməti olaraq Salmas-Xoy şəhərlərarası şose yolunu bağlayıblar. Polis və təhlükəsizlik qüvvələrinin hücumu isə əhali ilə təhlükəsizlik qüvvələri arasında saatlarla davam edən toqquşmalara səbəb olub. Dinc etirazçıları dağıtmaq məqsədi ilə polis əhaliyə qarşı fiziki təzyiqlər göstərib. Dinc etirazçılardan azı 15 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı, 40 nəfər kənd sakininin həbs olunduğu qeyd edilir.Yerli mənbələrin məlumatına əsasən, Urmiyənin Xomeyni xəstəxanasına yerləşdirilən yaralılar polis nəzarətində saxlanılır. Bundan başqa Qızıl Xənəyə kandinin giriş və çıxış yolları polis tərəfindən qapadılıb. Kənd əhalisinə kənddən çıxmasına məhdudiyyətlər qoyulub. Həbs olunanların harada saxlanması barədə isə yaxınlarına hər-hansı məlumat verilmir.
Əkinçilik və bağçılıq 2000-dən çox əhalisi olan Qızıl Xənəyə kəndi sakinlərinin əsas dolanışıq mənbəyidir.
XS
SM
MD
LG