Accessibility links

Avropa Birliyindən Rusiya və Ukraynaya növbəti xəbərdarlıq


Avropa Birliyi bəyan edib ki, qurum Rusiya ilə Ukrayna arasında qaz danışıqlarına qatılmağa hazırdır.

Rusiyanın baş naziri Vladimir Putin və Ukraynanın baş naziri Yuliya Timoşenko şənbə günü Avropaya Ukrayna vasitəsiylə qaz nəqlini müzakirə edəcəklər.

Birlik xəbərdarlıq edib ki, Rusiya və Ukrayna arasındakı qaz mübahisəsinin bu həddə gəlməsi və Avropanın da bundan zərər çəkməsi həm Moskva, həm də Kiyevin etibarlı biznes tərəfdaşı kimi nüfuzuna ciddi təsir edəcək.

Rusiya və Ukrayna Avropaya qazın kəsilməsinə görə bir-birlərini ittiham edirlər.

XS
SM
MD
LG