Accessibility links

Terri Devidson: ‘FM-də yayımı mühüm hesab edirik’


Amerika administrasiyasının yüksək vəzifəli nümayəndələri Azərbaycan rəhbərliyinə qərb radiostansiyalarının yerli tezliklərdə yayımının bərpası məsələsi ilə bağlı müraciət ediblər. Bu məlumatla bağlı açıqlama verən ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson Turana bildirib ki, bu məsələ ilə bağlı aparılan mütəmadi məsləhətləşmələr davam etdiriləcək: “Biz ona əsaslanırıq ki, yayımın FM tezliklərdən qısa dalğalara, İnternet və peyk kanallarına keçirilməsi təklifi əhalinin informasiya əldə etmək imkanını xeyli məhdudlaşdırır”. Onun sözlərinə görə, Azərbaycanda bir çoxları üçün İnternet və peyk kanalları əlçatmaz olması və İnternetin keyfiyyətinin yaxşı olmaması əvvəlki vəziyyətə qayıtmağı mühümləşdir.Terri Devidson prezident administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun yayımın orta dalğalarda davam etdirilməsi barədə dediklərini şərh etməyib. O, bir sıra qəzetlərdə səfir Enn Dersinin radiostansiyalar problemi ilə əlaqədar Vaşinqtona çağırılması barədə gedən məlumatları təkzib edib. Diplomat səfirin məzuniyyət üçün ABŞ-a getdiyini bildirib.

XS
SM
MD
LG