Accessibility links

Sergey Lavrov: `Rusiya Obama administrasiyası ilə bir sıra məsələlərdə əməkdaşlığa razıdır`


Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, o, növbəti ABŞ prezidenti Barak Obamanın bəyanatlarını nəzərdən keçirib və bir çox məsələlərdə Obama administrasiyası ilə əməkdaşlığa hazırdır. Mətbuat konfransında çıxış edən Rusiya rəsmisi başqa ölkələr kimi Rusiyanın da Amerika administrasiyası ilə birgə işləmək istədiyini bidirib. Cənab Lavrov aprel ayında prezident Corc Buşla Vladimir Putin arasında əldə olunan razılığa istinad edib. Həmin saziş raketlərdən müdafiə, nüvə silahlarının yayılmaması, silahlara nəzarət, İran, Şimali Koreya və Rusiyanın Dünya Ticarət Təşkilatına daxil olması və iqlim dəyişikliyi kimi məsələlərin ümumi çərçivəsini ehtiva edir.

XS
SM
MD
LG